"Beşiktaş" yeni transferini elan etdi
                    
                    22.07.2024 - 18:44
                        
                     
                    Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Türkiyənin I Liqa klubu "Karagümrük"dən Can Keleşlə anlaşıb.
Qeyd edək ki, 22 yaşlı vinger 2023-cü ildən "Fatih Karagümrük"də oynayırdı. O, sözügedən klubda 35 matçda 5 qol vurub.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            