"Beşiktaş"dan "Neftçiyə"
14.07.2024 - 10:50

“Beşiktaş” forması geyinən Aydın Hasiçə Azərbaycanda oynaya bilər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb.
“Beşiktaş”da gələcəyi sual altında olan futbolçu “Neftçi”yə keçə bilər. Məlumata görə, paytaxt klubu Bosniya və Hersoqovinalı futbolçunu icarəyə götürmək istəyir.
“Ağ-qaralar” Hasiçlə müqaviləni uzadıb, Bakıya icarəyə göndərmək fikrinə isti yanaşır.
Qeyd edək ki, 22 yaşlı sağ cinah vingeri ötən mövsüm icarə əsasında “Sarayevo”da oynayıb. Burada 33 oyuna çıxan Hasiç 9 qol, 6 qol ötürməsi ilə yadda qalıb.
- "Neftçi"dən düşüncəli addım: "Futbol sevgisi əngəl tanımır" - FOTO
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Qarabağ” Ovusu Kvabenanı qaytara bilərmiş - EKSKLÜZİV
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
0
0