“Sürix”in “Qarabağ”ın necə keçə bilməməsi başadüşülən deyil. İsveçrədə liqa da yığma kimi yaxşıdır”.
Apasport.az saytının məlumatına görə, bunu “Rubin”in sabiq baş məşqçisi Rinat Bilyaletdinov deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” - “Ferensvaroş” dueli barədə fikirlərini açıqlayıb. O, Macarıstan təmsilçisini çalışdıran həmyerlisi Stanislav Çerçesovun işinin çətin olacağını düşünür: “İsveçrəlilər daim yüksək səviyyədədir. “Qarabağ”da güclü legionerlər və millinin aparıcı üzvləri oynayır. Növbəti mərhələ Çerçesov üçün daha ağır olacaq”.
Qeyd edək ki, “Qarabağ” – “Ferensvaroş” oyunları avqustun 3-də və 9-da keçiriləcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ