
Bu gün Azərbaycan 1-ci liqasında mövsümün son turu start götürəcək.
Apasport.az xəbər verir ki, ilk günə 2 oyun keçiriləcək.
Çempion "Qəbələ" "Qaradağ Lökbatan"ın qonağı olacaq. "Qaradağ Lökbatan" uduzacağı təqdirdə, komandanın növbəti mövsüm 2-ci liqada mübarizə aparacağı dəqiqləşəcək.
3-cü pillədəki "Karvan" isə "Mingəçevir"in qonağı olacaq. Bu matç 2-ci və 3-cü yerlərin taleyinin məlum olmağı baxımından əhəmiyyətlidir. Əgər "Karvan" heç-heçə edərsə və ya uduzarsa, artıq "İmişli"nin 2-ci pilləni tutacağı dəqiqləşəcək. "Karvan"ın qalib gələcəyi halda isə hər şey sabah keçiriləcək “Difai” – “İmişli” oyununun nəticəsindən asılı olacaq.
Qeyd edək ki, "Qəbələ", "Karvan" və "İmişli" növbəti mövsüm üçün Misli Premyer Liqasına vəsiqə qazanıblar.
22 may (cümə axşamı)
17:00. “Qaradağ Lökbatan” – “Qəbələ”
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Vüqar Bayramov, Niyaz Əhmədov
Lökbatan OİK stadionu
17:00. “Mingəçevir” – “Karvan”
Hakimlər: Şamil İmanzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)