Bölgə klubu yarımmüdafiəçi transfer etdi
04.07.2024 - 01:00
Bölgə klubu yarımmüdafiəçi transfer etdi

"Karvan" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi son klubu "Şamaxı" olan Bəhruz Teymurovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ilk peşəkar klubu "Karvan" olan B.Teymurov 2011-2012 mövsümündə də Yevlax təmsilçisində çıxış edib. O, "Xəzər Lənkəran", "Şəmkir", MOİK, "Kəpəz" və "Zaqatala"da da oynayıb.

0