Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirdi
15.11.2022 - 12:16
Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirdi

Braziliya millisinin sabiq futbolçusu Dieqo Ribas karyerasını bitirib.

Apasport.az saytının məlumatına görə, “Flamenqo”nun yarımmüdafiəçisi vida matçına çıxıb.

37 yaşlı Dieqo A seriyasında “Avai” ilə keçirilən qarşılaşmanın ardından futbolla vidalaşdığını açıqlayıb. 

Qeyd edək ki, peşəkar karyerasında buna qədər “Santos”, “Porto”, “Verder”, “Yuventus”, “Volfsburq”, “Atletiko” və “Fənərbaxça”nın formasını geyinən Dieqo 34 oyunda formasını geyindiyi Braziliya yığması ilə iki dəfə Amerika Kubokunu qazanıb.
 

0