“Sabah”ın transfer gündəmində Vaqner Lavın karyerasını harada davam etdirəcəyi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl Moskva MOİK-inə qayıtmaq arzusunda olduğunu gizlətməyən 38 yaşlı hücumçu vətəni Braziliyaya qayıdır.
Braziliya millisinin sabiq üzvü “Paysandru” klubu ilə anlaşıb. C seriyasında çıxış edən komanda həftə ərzində onunla müqaviləni açıqlayacaq və futbolçu növbəti tur matçında artıq debüt edəcək.
Qeyd edək ki, Vaqner Lav son olaraq Danimarka klubu “Midtülland”ın formasını geyinib. O, karyerası ərzində Braziliyada “Palmeyras”, “Flamenqo” və “Korintians”da çıxış edib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ