Brett Kurtis: Azərbaycan Moldovanı məğlub edəcək
15.11.2022 - 17:35
Brett Kurtis: Azərbaycan Moldovanı məğlub edəcək

Azərbaycan millisi sabah Moldova ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Brett Kurtis Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq qarşılaşma ilə bağlı proqnozunu verib.

Mütəxəssis Canni de Byazinin yetirmələrinin səfərdə qalibiyyət əldə edəcəyini düşünür:

Dünya çempionatına yollana bilməyən Moldova ilə Azərbaycan AVRO-2024-ün seçmə mərhələsinin hazırlığına başlayıb. Hər iki komanda heç vaxt böyük turnirə qatılmayıb. Azərbaycan yığması Millətlər Liqasında qrup birincisi ola bilməsə də, Slovakiyanı səfərdə məğlub etməklə əsl başağrısı olduğunu göstərdi.

Bir-birinə yaxın gücdə olan komandaların duelindən bol qol gözləmirəm. Yenə də bu görüşdən Azərbaycan yığmasının qalib ayrılacağını düşünürəm. Azərbaycan Millətlər Liqasında daha yüksək liqada mübarizə aparır və reytinqdə də rəqibi üstələyir. Bu mənada ev sahiblərinə şans vermirəm.

Proqnozum: 0:1
 

0