"CBC Sport"un baş redaktoru: "I Liqanın bir neçə oyununu da canlı yayımlamağı nəzərdə tutmuşuq"
06.09.2024 - 18:11
"CBC Sport"un baş redaktoru: "I Liqanın bir neçə oyununu da canlı yayımlamağı nəzərdə tutmuşuq"

Artıq Futbol üzrə Azərbaycan çempionatının I Liqasının startına sayılı günlər qalıb.

Yarışın ilk turunun oyun cədvəli bu gün bəlli oldu. Turun 4 matçı Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında, "Qəbələ" - "Zaqatala" dueli isə “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

I Liqanın növbəti qarşılaşmalarının televiziyada yayımlanacağı məlumatını isə "CBC Sport"un xəbərlər departamentinin baş redaktoru Şəmsəddin Abbasov apasport.az saytına açıqladı. O, "Qəbələ" - "Zaqatala" seçiminin səbəbini də əsaslandırdı: 

"Ötən mövsüm ərzində I Liqanın bir neçə matçını canlı yayımlamışdıq. Artıq gələn həftə çempionat yenidən start götürür. Bu dəfə "Qəbələ" - "Zaqatala" oyununu canlı yayımlayacağıq. PFL-lə də məsləhətləşdik və açılış turunun matçı olduğu üçün bu görüşü daha məqsədəuyğun gördük. Həm Qəbələ şəhər stadionu çəkiliş üçün daha əlverişlidir, həm də maraqlı dueldir. İmkan daxilində I Liqanın bir neçə oyununu da canlı yayımlamağı nəzərdə tutmuşuq". 

İsmayıl Xeyrullayev

0