
Futbol üzrə Azərbaycan 1-ci liqasında baş məşqçi ayrılığı baş verib.
Apasport.az xəbər verir ki, "Cəbrayıl" klubunun baş məşqçisi tutduğu vəzifədən istefa verib.
Nəziri bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb:
"Həmişə mənə doğma olan "Cəbrayıl"... Artıq rəsmi olaraq rəhbərliyə məlumat verdim və öz istəyimlə kulubdan ayrıldım.
Kulubun yarandığı gündən bu günə qədər əziyyətlə, vicdanla çalışdım. Klub rəhbərliyinə, Şahin Məmmədov və Cavid Hüseynova mənə gösdərdikləri dəstək və etimad üçün təşəkkürümü bildirirəm".
Qeyd edək ki, "Cəbrayıl" I Liqada 11 turdan sonra 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
- Danilo Dias: “Pedro “Qarabağ”da ən böyük sürprizlərdən biri olacaq”
- Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib
- "Qəbələ" - "Kəpəz" matçının başlama saatı bəlli oldu
- Azərbaycanın iki güləşçisi reytinq turnirində mükafatçılar sırasına düşüb