Çempionlar Liqası: III raunda 5 oyunla start
02.08.2022 - 10:39
Çempionlar Liqası: III raunda 5 oyunla start

Çempionlar Liqasında III təsnifat mərhələsi start götürür.

Apasport.az saytının məlumatına görə, bu gün ilk oyunlar çərçivəsində 5 görüş keçiriləcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Bolqarıstanda “Lüdoqorets”in qonağı olacaq. 25 yaşlı futbolçu zədə səbəbindən bu matçı buraxacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
2 avqust

21:00. “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya)
21:45. “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)
22:00. “Monako” (Fransa) - PSV (Niderland)
22:45. “Union” (Belçika) – “Reyncers” (Şotlandiya)
23:00. “Benfika” (Portuqaliya) – “Midtülland” (Danimarka)

Qeyd edək ki, mərhələnin digər 5 oyunu sabah keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Bakıda Macarıstan təmsilçisi “Ferensvaroş”u qəbul edəcək.

0