Çempionlar Liqası: "Neftçi" Gürcüstan klubuna qarşı
07.09.2024 - 10:22
Çempionlar Liqası: "Neftçi" Gürcüstan klubuna qarşı

"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I mərhələsində növbəti oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, "ağ-qaralar" Gürcüstanın “Lançxuti” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Siyasət Əsgərovun komandası ilk matçında Avstriya təmsilçisi “Sankt-Pölten”ə uduzub - 0:5.

0