Çingiz Hüseynzadə: “Azərbaycan futbolu inkişaf edir”
03.04.2026 - 10:15
Çingiz Hüseynzadə: “Azərbaycan futbolu inkişaf edir”

"AFFA-nı builki çıxışları üçün təbrik etmək istəyirəm".

Apasport.az xəbər verir ki, bu sözləri AFFA-nın Hesabat Konfransında çıxış edən Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynzadə deyib.

O, futbolumuzun inkişaf etdiyini bildirib:

"Milli komandamızın oyunları maraqla izlənilir. Həmçinin yerli çempionatdakı klublarımızın çıxışları da müsbət dəyərləndirilməlidir. "Qarabağ"ın cari mövsümdə UEFA Çempionlar Liqasında qazandığı uğurlar Azərbaycan futbolunun inkişaf etdiyini göstərir".