Azərbaycan millisinin Pekin-2022 Qış Olimpiya Oyunlarındakı bayraqdarı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlayıb.
O, MOK-un Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr olunan təqdimat mərasimində bayraqdarın adına aydınlıq gətirib. Hüseynzadə bildirib ki, Çinin paytaxtında Azərbaycan bayrağını Vladimir Litvintsev daşıyacaq.
MOK rəsmisinin sözlərinə görə, Azərbaycan yığması Çinin paytaxtına 10 nəfərdən artıq nümayəndə heyəti ilə yollanacaq. Tədbirdə yığmamızın rəsmi forması da nümayiş etdirilib.

Qeyd edək ki, millimiz fevralın 4-20-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmədə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaq.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib