Dadaşovun komandası məğlub olub
02.08.2025 - 16:59
Almaniyanın Şimal-Şərq Regional Liqasında 2-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun da formasını geyindiyi Berlin “Dinamo”su evdə “Rot-Vays Erfurt”la qarşılaşıb.
"Dinamo" matçda 2:3 hesabı ilə uduzub.
Rüfət də bu oyunda iştirak edib. 34 yaşlı hücumçu Dadaşov start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda "Dinamo" sıralamada 0 xalla 15-cidir.
- "Qarabağ" "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib
- Bakı metropolitenində "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı
- Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"
- Azərbaycan derbisinə doğru: Qollar
- "Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb
0
0