DÇ-2022: Levandovski onları fərqləndirdi
10.11.2022 - 17:19
DÇ-2022: Levandovski onları fərqləndirdi

Polşa millisinin hücumçusu Robert Levandovski Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard DÇ-2022-nin favoritlərini açıqlayıb.

“Barselona”nın qolçusu Cənubi Amerika komandalarını bu mənada fərqləndirib: “Qeyri-adi dünya çempionatı olacaq. Çünki mövsümün ortasında baş tutacaq. Avropa və Cənubi Amerikadan eyni anda bir neçə favorit var. Məsələn, Braziliya və qrupumuzda çıxış edən Argentina. Dünya çempionatında şans və komandadakı bütün futbolçuların eyni vaxtda yaxşı formada olması lazımdır”.

Qeyd edək ki, Polşa mundialın C qrupunda Argentina, Səudiyyə Ərəbistanı və Meksika ilə mübarizə aparacaq. Levandovskinin komandasının ilk oyunu noyabrın 22-də Meksikaya qarşı olacaq.
 

0