DÇ-2022: Mundiallar tarixinin 3-cü qapıçısı
25.11.2022 - 17:49
DÇ-2022: Mundiallar tarixinin 3-cü qapıçısı

Uels yığmasının qapıçısı Ueyn Hennessi Qətərdə keçirilən dünya çempionatında ilk qırmızı vərəqənin sahibi olub.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin II turunda İranla görüşün 86-cı dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılan qolkiper dünya çempionatları tarixində meydandan qovulan 3-cü qolkiperdir.

Hennessiyə qədər cəmi 2 qapıçı - italiyalı Canluka Palyuka (DÇ-1994-də Norveçlə oyunda) və cənubi afrikalı İtumelenq Hune (DÇ-2010-da Uruqvayla görüşdə) qırmızıya “layiq görülüb”.

Qeyd edək ki, Uels – İran oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Uels millisi qrupda son oyununda noyabrın 29-da İngiltərə ilə qarşılaşacaq.
 

0