DÇ-2024: Millimizin oyunlarının TƏQVİMİ
20.07.2022 - 09:49
DÇ-2024: Millimizin oyunlarının TƏQVİMİ

2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin təqvimi müəyyənləşib.

Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 6-cı qrupda Polşa və Yunanıstanla mübarizə aparacaq Azərbaycan millisinin oyunlarının vaxtı bəlli olub.

Komandamız adıçəkilən rəqiblərlə oktyabrda və gələn ilin martında üz-üzə gələcək.

7 oktyabr
Azərbaycan – Polşa
 
11 oktyabr
Yunanıstan – Azərbaycan
 
3 mart 2023-cü il
Azərbaycan – Yunanıstan
 
7 mart
Polşa – Azərbaycan
 
Qeyd edək ki, qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 yığma birbaşa elit-raunda vəsiqə qazanacaq. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. Elit-raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq.
 

0