De Bruyne "Nyukasl" matçını buraxacaq
27.09.2024 - 17:56
De Bruyne "Nyukasl" matçını buraxacaq

"Mançester Siti" İngiltərə Premyer Liqasının 6-cı turunda səfərdə "Nyukasl"ın qonağı olacaq.

Apasport.az xəbər verir ki, "şəhərlilər"in kapitanı Kevin De Bruyne vacib oyunda komandaya kömək edə bilməyəcək. Belçikalı yarımmüdafiəçi zədəlidir.

"Mançester Siti"nin digər yarımmüdafiəçisi Rodri isə zədə səbəbindən mövsümün qalan matçlarında iştirak etməyəcək.

Qeyd edək ki, "Nyukasl" - "Mançester Siti" qarşılaşması sabah Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

0