De Byazidən REKORD
26.09.2022 - 13:33
De Byazidən REKORD

Canni de Byazi Azərbaycan futbolu tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Azərbaycan milli komandasının sükanı arxasında rəsmi turnirlərdə ən çox qələbə qazanan baş məşqçi adına şərik çıxıb.

De Byazi daha iki legionerin müəllifi olduğu rekordu təkrarlayıb. O, Berti Foqts və Robert Prosineçki kimi millimizin 4 qələbəsinin memarıdır.

İtaliyalı buna cəmi 20 qarşılaşmada nail olub. Millətlər Liqasının ötən mövsümündə Kipri 1:0 yenən yığmamız dünən başa vurduğumuz tsikldə Belarusu 2:0, Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib. Bütün qələbələri Millətlər Liqasına təsadüf edən de Byazili yığma DÇ-2022-nin seçmə oyunlarında qalib gəlməyib.

Ümumilikdə isə millimiz 19 dəfə seçmə mərhələ və Millətlər Liqasında 3 xala sevinib. Rekordçu “üçlük” – Foqts, Prosineçki və de Byazi bunun 12-nə nail olub. Qurban Qurbanovla 2, Kazbek Tuayev, Əhməd Ələsgərov, İqor Ponomaryov, Əsgər Abdullayev və Şahid Diniyevlə bir uğur əldə edilib.

Qeyd edək ki, komandamız AVRO-1996-dan beynəlxalq arenaya çıxaraq seçmə oyunlar keçirib və 2018-ci ildə Millətlər Liqasında da debüt edib.
 

0