De Liqt gəlsə, o gedəcək
11.07.2022 - 00:32
“Bavariya”nın müdafiəçisi Dayot Upamekano tezliklə komandadan ayrıla bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb Almaniya çempionunun “Yuventus”un arxa xətt oyunçusu Mattiys de Liqtə maraq göstərməsidir.
Bu transfer reallaşarsa, Upamekano klubunu dəyişmək barədə düşünəcək. Çünki Fransa millisinin üzvü dünya çempionatında oynamaq istəyir. Bunun üçün isə heyətdəki yerini qorumaq vacibdir.
Müdafiəçi üçün əsas namizəd “Çelsi” sayılır. Münhenlilər onun satışından 50 milyon avro qazanmağı planlaşdırır.
Qeyd edək ki, Dayot Upamekano “Bavariya”ya ötən il “Leypsiq”dən keçib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0