Deni Qaysumov: “Ayaz Quliyev Azərbaycan millisini gücləndirəcək”
02.12.2022 - 16:11
Deni Qaysumov: “Ayaz Quliyev Azərbaycan millisini gücləndirəcək”

Azərbaycan millisinin veteran futbolçusu Deni Qaysumov Rusiyada yaşayan “Ximki”nin müdafiəçisi Ayaz Quliyevin Azərbaycan millisində oynaya biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, o, vaxtı ilə yığmamızın şərəfini qorumuş oyunçunun komandamıza fayda verəcəyi qənaətindədir. 

Qaysumovun sözlərinə görə, Quliyev Azərbaycan millisini gücləndirə bilər: "Ona Azərbaycan pasportunun verilməsi barədə xəbərləri görmüşəm. Ayaz təcrübəli futbolçudur. Rusiya Premyer Liqasında oynayır. Məlum məsələdir ki, Azərbaycan millisini gücləndirəcək. O, bir neçə il bundan əvvəl millidə oynamalı idi. Görünür ki, Ayaz Rusiya millisindən dəvət gözləyirmiş. Hər halda, onun kimi keyfiyyətli və təcrübəli futbolçunun Azərbaycan millisində oynaması sevindiricidir" (sportal.az).

Qeyd edək ki, Rusiya mətbuatı "Ximki"nin üzvü Ayaz Quliyevə Azərbaycan pasportu verildiyini və "Neftçi"yə keçə biləcəyi haqda yazıblar.

0