DİN: “Qarabağ”ın oyunundan sonra bir qrup azarkeşə xəbərdarlıq edildi
12.07.2022 - 23:41
DİN: “Qarabağ”ın oyunundan sonra bir qrup azarkeşə xəbərdarlıq edildi

Sosial şəbəkələrdə və KİV-lərdə Bakıda keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" və "Lex" komandalarının qarşılaşmasından sonra mübahisə edən bəzi azarkeşlərin saxlanılması ilə əlaqədar məlumatlar səsləndirilib.

Apasport.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ölkəmizin futbol ictimaiyyətini “Qarabağ”ın möhtəşəm qələbəsi münasibətilə təbrik edərək bildirib ki, oyun öncəsi, həmçinin oyun zamanı və oyundan sonra polis əməkdaşları ictimai təhlükəsizliyi və ictimai asayişi elə qələbəmizə layiq mühafizə ediblər: "Oyundan sonra stadiondan kənarda bir qrup azarkeşin öz aralarında mübahisəsinin də qarşısı polis əməkdaşları tərəfindən dərhal alınıb. Onlara yerindəcə xəbərdarlıq edilərək sərbəst buraxılıblar".

0