
"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb "Dinamo"sunun müdafiəçisi Sami Mmaee ilə yaxından maraqlanır.
Bir neçə müddətdir ki, davam edən danışıqlar prosesi artıq yekunlaşmaq üzrədir.
Xorvatiya klubu futbolçu ilə yollarını ayırmağa razılıq verib. "Dinamo"nun keçiddən 400 min avro qazanmaq niyyətində olduğu bildirilir.
Ağdamlılar hələ ötən ilin yayından Mmaee ilə maraqlanırdı. Lakin mərakeşlinin Zaqreb təmsilçisinə keçidi həmin transferi təxirə salmışdı.
İndi isə Saminin komandanı tərk edəcəyi dəqiqləşib. O, klubun idman direktoru Zvonimir Boban və baş məşqçi Mariya Kovaçeviçin planlarına daxil deyil. Futbolçunun özünə də gələn təkliflərin dəyərləndiriləcəyi bildirilib.
Qeyd edək ki, Mmaee "Dinamo"ya "Ferentsvaroş"dan keçib. Zaqreblilər onun keçidi üçün 800 min avro ödəyib. Tərəflər arasında müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.