Dmitri Jdanyuk “Kəpəz” – “Qarabağ” oyununun nəticəsini açıqladı
01.09.2022 - 11:12
Dmitri Jdanyuk “Kəpəz” – “Qarabağ” oyununun nəticəsini açıqladı

Bu gün Misli Premyer Liqasında V tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, turun açılış oyununda “Kəpəz” “Qarabağ”ı qəbul edəcək.

Bu görüş təkcə iki komandanın azarkeşləri deyil, həm də proqnozsevərlərin diqqət mərkəzindədir. Futbol ekspertləri də betterlərə öz variantlarını təklif edir. Rusiyalı mütəxəssis Dmitri Jdanyuk da Qəbələ şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Qarabağ” qarşılaşmasına mərc təklif edib:

Meydan sahibləri dörd oyunun hamısında uduzub. “Kəpəz” son turda “Səbail”ə 1:4 hesabı ilə məğlub olub. “Qarabağ” isə üç qarşılaşmada qalib gəlib. Ağdam təmsilçisi son turda “Şamaxı”nı darmadağın edib – 4:0.

Bu, komandaların 2018-ci ilin yazından sonra ilk görüşü olacaq. Həmin vaxt “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.

“Kəpəz” hər oyunda orta hesabla 1 qol vurur. “Qarabağ” isə daha məhsuldardır – hər matça 3 top. Asanlıqla inanmaq olar ki, qonaqlar daha çox da vura bilərlər. “Kəpəz”in orta hesabla 3,50 qol buraxdığını nəzərə alsaq, bu qarşılaşma Üst ilə bitə bilər.

Dörd oyunda uduzan “Kəpəz” iki dəfə evdə məğlubiyyət yaşayıb. “Qarabağ” səfər görüşündə “Sumqayıt”ı iki cavabsız qolla üstələyib. Gəncəlilər liqaya yeni qayıdıbsa, ağdamlılar çoxqat çempion və Avropa Liqasının iştirakçısıdır. Qonaqların ustalıq səviyyəsi qat-qat yüksəkdir. Bu üzdən də “Qarabağ”ın ən azı iki top fərqi ilə qalib gələcəyini təxmin edirəm.

Proqnozum: Fora2 (-1,5)
 

3