Ədəhim Niftəliyev: “Liqada qalmağı hədəfləmişik”
27.09.2024 - 09:55
Ədəhim Niftəliyev: “Liqada qalmağı hədəfləmişik”

“Qəbələ”, “İmişli”, “Karvan” kimi komandalar çempionluq uğrunda mübarizə aparır. Bizsə, “Zaqatala”, “Cəbrayıl”, “Difai Ağsu”nu özümüzə rəqib görürük”.

Bu sözləri “Mingəçevir”in baş məşqçisi Ədəhim Niftəliyev apasport.az saytına açıqlamasında deyib.

Mütəxəssis “Qəbələ” ilə matç barədə fikirlərini bölüşüb: “Qəbələ”nin hansı səviyyədə olduğu hər kəsə məlumdur. Bura heç kimdən qorxmadığımızı göstərmək üçün gəlmişdik. İkinci hissədə meydanda açıq futbol getdi. Öz səhvlərimizdən qollar buraxdıq. Oyundan-oyuna bu səhvlərin sayını azaldırıq. Məqsədimiz çempionluq deyil. Liqada qalmağı hədəfləmişik. Düzdür, hər kəs çempion olmaq istəyər. Lakin bunun üçün hazır deyilik. Stadion, baza, akademiya kimi mövzularda geri qalırıq. Bazamızın açılışından sonra artıq biz də bu mübarizəyə daxil ola bilərik”.

Qeyd edək ki, I Liqanın 3-cü turu çərçivəsində keçirilən “Qəbələ” – “Mingəçevir” matçı meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 2:0.

İsmayıl Xeyrullayev  
 

0