Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
21.04.2025 - 13:37

"Düşünürəm ki, bir çox klublar bu bazadan faydalanacaq, onların istismarına verəcəyik".
Apasport.az xəbər verir ki, bunu "Turan Tovuz"un prezidenti Ehtiram Quliyev deyib:
"Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir. İki meydan və otel kompleksi nəzərdə tutlub. Həmçinin bu ilin yayında Tovuzda meydançaların salınmasına başlayacağıq".
Qeyd edək ki, bu gün Kürdəxanı qəsəbəsində inşası davam edən Hünər təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçirilib.
0
0