Ekspertlər “Sabah” - “Neftçi” matçını DƏYƏRLƏNDİRDİ
20.08.2022 - 16:22
Ekspertlər “Sabah” - “Neftçi” matçını DƏYƏRLƏNDİRDİ

Misli Premyer Liqasının III turunun mərkəzi oyununda bu gün “Sabah”la “Neftçi” üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, liderlər qrupunda qərarlaşan duelinə xarici bukmekerlər və proqnozsevərlər də maraq göstərirlər.

Rusiyanın tanınmış “nb-bet.com” saytının ekspertlər qrupu görüş öncəsi şansları dəyərləndirib:

Bu oyuna proqnoz vermək üçün matçın nəticəsinə təsir edə biləcək bir sıra vacib amilləri nəzərə almaq lazımdır. “Neftçi”nin avrokubok macərasını bir kənara qoyub, komandaların Azərbaycan çempionatındakı çıxışlarına baxmaq daha doğru yol göstərər.

Həm “Sabah”, həm də “Neftçi” ilk iki turda qələbə qazanıb. “Sabah” hər oyunda orta hesabla 3 qol vurub, 0,5 top buraxıb. “Neftçi”nin göstəriciləri də buna yaxındır. Yeganə fərq, “ağ-qaralar”ın iki turda 2 qol buraxmasıdır. Bu komandaların apreldəki son duelində “Neftçi” qalib gəlib. Ancaq indi “Sabah”ın yaxşı formada olması və matçın onların meydanında keçirilməsi də diqqətə alınmalıdır.

Proqnoz: 1:1

0