Elias Xaralambus: “Qarabağ”a qarşı oynamaq bizim üçün çox çətin olacaq”
22.01.2025 - 19:21
Elias Xaralambus: “Qarabağ”a qarşı oynamaq bizim üçün çox çətin olacaq”

UEFA Avropa Liqasının VII turunda keçiriləcək "Qarabağ" - FKSB matçından öncə qonaqların baş məşqçisi Elias Xaralambus mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı oyun barədə fikirlərini bölüşüb:

“Bizi güclü komanda ilə qarşılaşma gözləyir. “Qarabağ” və onun baş məşqçisi kifayət qədər təcrübəlidir. “Qarabağ”a qarşı oynamaq bizim üçün çox çətin olacaq. Heyətimizdə bəzi itkilər var, ona görə də alternativlər üzərində düşünürük. Ancaq düşünürəm ki, biz bunun öhdəsindən gələ bilərik və bu, oyuna çox təsir etməyəcək".

0