Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək
26.08.2024 - 09:56
Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

İsveçrənin Cenevrə şəhərindəki tədbir elit kateqoriyalı və 1-ci dərəcəli hakimlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, seminar sentyabrın 2-4-ü aralığında baş tutacaq.

0