Elmar Baxşıyev “Araz-Naxçıvan”ın planlarını pozur - EKSKLÜZİV
18.09.2024 - 14:52
Elmar Baxşıyev “Araz-Naxçıvan”ın planlarını pozur - EKSKLÜZİV

Misli Premyer Liqasında daha bir ayrılıq gündəmdə olub.

Apasport.az-ın əldə etdiyi məlumata görə, “Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırmağı planlaşdırmış.

Klub rəhbərliyi 44 yaşlı mütəxəssislə vidalaşmaq niyyətində olub.

Lakin komandanın uğurlu nəticələri bu planın baş tutmasına imkan verməyib. “Ağ-qırmızılar”ın nümayiş etdirdiyi oyun rəhbərliyin planlarını pozub. Muxtar Respublika təmsilçisinin ötən turdakı qələbəsi isə demək olar ki, Baxşıyevin yerini bərkidib.

“Araz-Naxçıvan” bu mövsüm keçirdiyi 5 matçda yalnız bir məğlubiyyət alıb. Komanda “Qarabağ”a uduzub – 1:5. Ardınca Elmar Baxşıyevin yetirmələri növbəti 4 görüşdə 10 xal toplamağı bacarıb.

İndiki halda isə bu nəticələr mütəxəssisi istefaya göndərmək üçün kifayət etmir. Lakin komandanın düşəcəyi hər hansısa “uğursuzluq zolağı”nda Baxşıyevə böyük ehtimalla yol görünəcək.

0