Elmar Baxşıyev: “Futbolçularımı təbrik edirəm”
07.04.2025 - 20:28
Elmar Baxşıyev: “Futbolçularımı təbrik edirəm”

Misli Premyer Liqasının XXIX turunun "Araz-Naxçıvan" - "Sumqayıt" matçından (2:0) sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Ağır oyun alındı. Sıx qrafikdə oynayırıq. Bu gün komanda meydanda yaxşı iş ortaya qoydu. Futbolçularımı təbrik edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq. Mövsümün sonudur. Önümüzdəki görüşlərə yaxşı köklənsək, bizim üçün daha faydalı olacaq".