Elmar Baxşıyev: “Komandamın tam potensialı bu deyil”
03.10.2025 - 20:02
Elmar Baxşıyev: “Komandamın tam potensialı bu deyil”

"İmişli" Misli Premyer Liqasının VII turunda səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Ağır oyun oldu. Qələbə qazansaq da, xal itirə də bilərdik. Komanda olaraq yaxşı oyun ortaya qoyduq. Epizodları dəyərləndirə bilmədik. Komandamı təbrik edirəm. İnanıram ki, oyunlar keçdikcə hücum planında daha yaxşı olacağıq".

– Mövsüm üçün hədəflər nədir?
– Bugünkü rəqibimiz çempionatın ən ağır komandalarından biridir. Müdafiədə yaxşı təşkilatlanıblar. Oyuna hazır idik. Futbolçular verilən tapşırıqları düzgün yerinə yetirməyə çalışırdı. Komandamın tam potensialı bu deyil. Bəzi oyunçular da qoşulandan sonra daha yaxşı ola bilərik. Çempionatın əvvəlidir, indidən hədəf haqda düşünmürük. Sadəcə önümüzdəki rəqibə baxırıq. Sağlam komandamız var. Futbolçularıma inanıram, ortaya yaxşı iş qoyacaqlar.

– 10 qol vurub, 9-nu buraxmışınız. Bu statistika sizi narahat etmir?
– Bəzən statistika nəsə anlama gəlmir. Bu gün oyunu rahat bitirə bilərdik. Epizodları dəyərləndirsəydik, rahat qələbə qazanardıq. Lakin matç son dəqiqəyə kimi dinamikasını saxladı. Sıxıntıların olması normaldır, mövsümün əvvəlidir. Turlar keçdikcə daha rahat komanda olacağıq.

– “Qarabağ”ın “Kopenhagen” qələbəsi haqda nə düşünürsünüz?
– “Qarabağ”ın uğuru hamımızın uğurudur. Belə komandanın o cür tipli turnirlərdə yaxşı çıxışı Azərbaycan futbolunun da uğurudur. Onlara görə sevinirik. Göstərdikləri oyun da daha artığını etmək gücündə olduqlarından xəbər verir.