Elmar Baxşıyev: “Təzyiqə davam gətirə bilmədik”
21.07.2022 - 23:54
Elmar Baxşıyev: “Təzyiqə davam gətirə bilmədik”

“İki fərqli hissə izlədik. Birinci hissədə daha çox istədiyimizi meydanda görə bildik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

42 yaşlı mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Fehervar”la görüşdən sonrakı mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb: “Fasilədən sonra futbolçularımız rəqibin təzyiqi altında oynadı. Bu təzyiqə davam gətirə bilmədik. Ümumi götürsək, komanda formalaşmaqdadır. İnanıram ki, cavab oyununda daha məzmunlu futbol göstərəcəyik. Qəbələdəki qarşılaşmada əlimizdən gələni etməyə çalışacağıq. Azarkeşlərin zədələnin İlkin Qırtımovu alqışlaması insanlıq adına çox müsbət hərəkətdir. Oyunçuya verdikləri dəstəyə görə onlara təşəkkür edirəm. Göstərdilər ki, futbolu bilirlər. Onun son durumu barədə məlumatımız yoxdur. Ümid edirik ki, ciddi heç nə olmayacaq”.

Qeyd edək ki, “Qəbələ” səfər oyununda 1:4 hesabı ilə məğlub olub.
 

0