"Cəbrayıl" güclü kollektivdir. I Liqaya yeni qoşulsalar da, yetərincə keyfiyyətli heyətləri var".
Bu sözləri "İmişli"nin futbolçusu Elmir Rəhimzadə apasport.az saytına açıqlamasında deyib.
O, I Liqanın 3-cü turunun "Cəbrayıl"la matçı barədə fikirlərini bölüşüb: "Çətin oyun oldu. Hər iki komanda matça yaxşı hazırlaşmışdı. Sevindirici haldır ki, qalib gələn tərəf biz olduq. Rəqibin futbolçularının bir çoxunu tanıyırıq. Buna baxmayaraq layiqli qələbə qazandıq. Növbəti 3 xalı aktivimizə yazdırdığımız üçün sevincliyik".
Rəhimzadə çempionatda heç kimi aşkar favorit saymadığını söyləyib: "I Liqadakı klubların əksəriyyəti bərabər səviyyədədir. Rəqabət aparan komandaların sayı çoxdur. Çempionluq yarışı gərgin keçəcək. 1-2 komanda var ki, hardasa onlar bu mübarizədən kənarda qalacaq. Lakin digər bütün kollektivlər sona qədər döyüşəcək. Özümə də inanıram. Bu mövsüm hər şeyin yaxşı olacağına ümid edirəm".
İsmayıl Xeyrullayev
- "Sumqayıt"ın əvəzedicilərindən daha bir biabırçılıq - Yenə texniki məğlubiyyət verildi
- Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarılıb - FOTO
- "Qarabağ"ın baş məşqçisi beş oyunluq cəzalanıb
- "Sumqayıt" "Neftçi" ilə oyunda azarkeşlərin təhqiramiz şüarlarına görə ziyana düşüb
- "Elfsborq"un futbolçusu: "Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olar"