Elvin Bədəlov: “Mbappeni yox, Fransanı fikirləşirik”
15.11.2025 - 19:41
Elvin Bədəlov: “Mbappeni yox, Fransanı fikirləşirik”

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda Fransa ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, yığmamızın müdafiəçisi Elvin Bədəlov qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Bildiyiniz kimi, sonuncu ev oyunumuzdur. Bilirik ki, Fransa millisi güclü rəqibdir. Amma oyuna hazırıq. İnanıram ki, sabah azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərəcəyik. Nəticə qazana biləcəyimizə də inanırıq".

- Kilian Mbappe sabahkı oyunda olmayacaq. Belə ulduz futbolçunun olmaması oyuna marağı azaldır? 
- İnanmıram ki, maraq azalır. Bildiyim qədərilə stadion dolu olacaq. Azarkeşlərimiz sağ olsun. Mbappe gəlməsə də, Fransa millisinin ulduzları çoxdur. Komanda olaraq onlara qarşı hazırlaşırıq. Məncə, Mbappesiz daha çətin olacaq. Çünki onlar komanda olaraq daha ciddi olacaqlar. Biz sırf ona köklənmirik, Fransanı fikirləşirik. İnanıram ki, sabah yaxşı mübarizə apara bilərik.