Elvin Məmmədov: “Oyunçuları matça kökləmək çətindir”
18.05.2025 - 19:03
Elvin Məmmədov: “Oyunçuları matça kökləmək çətindir”

Misli Premyer Liqasının XXXV turunun "Neftçi" - "Səbail" matçından (3:0) sonra qonaqların baş məşqçisi Elvin Məmmədovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"İki tur bundan qabaq düşməyimiz rəsmiləşmişdi. Bu durumda oyunçuları matça kökləmək çətindir. Nə qədər danışdıq. Futbolçu psixologiyasıdır. "Neftçi"nin də 5-ci yerə şansı var və bizə qarşı aqressiv oynayacaqlar. Bir oyunumuz qalıb".

- Artıq Birinci Liqaya artıq fokuslanmısız? Heyəti yığmaq baxımından... 
- Bu barədə rəhbərliklə hələ dəqiq söhbət etməmişik. Ümid edirəm ki, yenidən "Səbail" iddialı olub, birinci Liqadan premyer Liqaya yüksəlməsi üçün hər şeyi edəcəyik. İndi danışmaq tezdir. Danışıq olmayıb. Rəhbərliyin də bu fikirlər üst-üstə düşür ki, geri qayıdaq. Amma maliyyə var. Çempionat bitdikdən sonra ətraflı danışacağıq. Xeyirdirsə, o yolda davam edəcəyik.