
"Neftçi"nin yeni transferi Emil Səfərov "Qəbələ"dən ayrılması və "ağ-qaralar"a keçidi ilə bağlı paylaşım edib.
Apasport.az xəbər verir ki, millinin üzvü instaqram səhifəsində bunları yazıb:
"Salam "Qəbələ" ailəsi. Əziz dostlar, bu gün komandadan ayrılıram. Bu illər ərzində birlikdə mənə dəstək olan, çiyin-çiyinə mənimlə birlikdə məşq edən komanda yoldaşlarıma, texniki heyət, məşqçilərə, "Red Black Army" azarkeş qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm. Allah hamımızın yolunu açıq etsin. "Qəbələ"dən ayrılmaq mənim üçün çətindir. İnşallah, komanda düşdüyü çətin vəziyyətdən çıxacaq. Daha güclü "Qəbələ" görəcəyik. Hər birinizə çox "sağ ol" deyirəm. Gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə".
Qeyd edək ki, "Neftçi" Emil Səfərovla üç illik müqavilə imzalayıb.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”