Emin Mahmudov: “Məqsədimizə çatacağıq”
15.11.2022 - 20:29
Emin Mahmudov: “Məqsədimizə çatacağıq”

"Rəsmi oyunlardan əvvəl bu cür yoldaşlıq oyunları bir-birimizi daha yaxşı başa düşmək üçün lazımdır”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.

Təcrübəli yarımmüdafiəçi Moldova ilə sabah keçiriləcək oyun barədə fikirlərini görüşdən öncə təşkil olunan mətbuat konfransında açıqlayıb: “Asan olacağını düşünmürük. Milli komandadayıqsa, hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. İnanıram ki, sabah məqsədimizə çatacağıq. Asan oyun olmayacaq”.

Qeyd edək ki, Kişinyovda baş tutacaq Moldova – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0