
"Neftçi"nin futbolçusu Emin Mahmudov klubun tarixinə düşüb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.
Bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda rəsmiləşib. “Sabah”la ev oyunu E.Mahmudovun “Neftçi”də 183-cü çempionat matçı olub.
O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi Bakı klubunda 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ XXXI turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.
Qeyd edək ki, 2017-ci ildən “Neftçi”nin formasını geyinən Azərbaycan millisinin üzvü 183 görüşdə 41 qola imza atıb.
- "Neftçi"dən düşüncəli addım: "Futbol sevgisi əngəl tanımır" - FOTO
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Qarabağ” Ovusu Kvabenanı qaytara bilərmiş - EKSKLÜZİV
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB