Emreli oynadı, komandası məğlub oldu
04.05.2025 - 17:59
Almaniya II Bundesliqasında XXXII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" də meydana çıxıb.
Komanda "Elvesberq"i qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Emreli də görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda qalıb.
32 turdan sonra aktivində 45 xal olan "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
- İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək
- “Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırıb
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- "Neftçi"nin sabiq futbolçusu Region Liqasında oynayacaq
- Qriqorçuk “Neftçi” günlərindən danışıb: “Nəticə olmayanda…”
0
0