Super Liqa nəhənglərindən "Fənərbaxça" Yussuf En-Nesrinin transferi üçün "Sevilya" ilə anlaşıb.
Apasport.az xəbər verir ki, artıq transferin detalları da bəlli olub.
Klubun rəsmi saytından verilən açıqlamada "Sevilya"ya 19 milyon 500 min avroluq transfer haqqı ödəniləcəyi qeyd edilib.
Bildirilib ki, bu ödəniş 4 il ərzində 8 hissəyə bölünəcək.
Beləliklə, "Fənərbaxça" Super Liqa tarixinin ən bahalı transferini həyata keçirmiş olub.
Xatırladaq ki, 2000-ci ildə "Qalatasaray" 17 milyon avroya dövrün ulduz futbolçusu olan Mario Jardeli heyətinə qatmışdı.
"Super Mario" ləqəbli Jardelin "Porto"dan "Qalatasaray"a keçidi həmin dövr bütün dünyada gündəm olmuşdu.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama