"Fənərbaxça" azarkeşləri qəzəblidir - Ozan Tufan bu kluba getdi
21.06.2024 - 17:05
"Fənərbaxça" azarkeşləri qəzəblidir - Ozan Tufan bu kluba getdi

Türkiyə Superliqa təmsilçilərindən "Trabzonspor" yeni mövsümün hazırlıqlarına start verib.

Apasport.az xəbər verir ki, Qara dəniz klubu 2024-2025 mövsümü öncəsi transfer işlərinə başlayıb.

"Bordo-mavililər" İngiltərə Çempionşip klublarından "Hall Siti"də forma geyinən Ozan Tufanı heyətinə qatmağa yaxındır.

Türk futbolçu ilə 3+1 illik razılaşma əldə olunub.

Satış məbləği dəqiqləşdikdən sonra rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Xəbərin yayılması ilə birgə sosial şəbəkələrdə "Fənərbaxça" azarkeşləri Ozana narazılıq bildirən şərhlər ünvanlayıb.

Ozanın əzəli rəqibə transfer olunmasını həzm etməyən fanatlar, onun bu keçidini birmənalı qarşılamayıblar.

Qeyd edək ki, "Bursaspor" futbol məktəbinin yetirməsi olan Ozan Tufan uzun illər "Fənərbaxça"da oynayıb və kapitanlığa qədər yüksəlib.

2021-ci ildə isə 11 milyon avro qarşılığında İngiltərənin "Uotford" klubuna transfer olunub.

0
fənərbaxça ozan tufan hall siti trabzonspor