"Fənərbaxça" iki yeni transferini reallaşdırdı
16.07.2024 - 21:19

"Fənərbaxça" heyətinə iki yeni oyunçu cəlb edib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Əl-Əhli"dən Allan Sen-Maksimenin keçidini həll edib.
Fransalı vinger 2024/2025 mövsümünü icarə əsasında "Fənərbaxça"da keçirəcək.
"Alanyaspor"dan isə Oğuz Aydın transfer edilib. 23 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
0
0