“Fənərbaxça”dan növbəti “bomba”: LUKAKU RƏSMƏN İSTANBUL NƏHƏNGİNDƏ
12.08.2026 - 20:49
Türkiyənin “Fənərbaxça” klubu heyətini ulduz futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Romelu Lukakunun transferini rəsmən açıqlayıb.
Hücumçu ilə 1+1 illik razılıq əldə olunduğunu bildirib.
33 yaşlı futbolçu müqavilə imzalamaq və tibbi müayinədən keçmək üçün bu axşam İstanbula gələcək.
Lukaku son olaraq İtaliyanın “Napoli” klubunda çıxış edib.
Qeyd edək ki, Belçika millisinin üzvü karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter”, “Roma” və “Napoli”nin də formasını geyinib.
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
- Premyer Liqa klubu üçün seminar
- AFFA Premyer Liqa klublarını CƏZALANDIRIB
0
0