“Fənərbaxça”nın qapıçısı “İnter”in hədəfində
03.12.2022 - 14:54
“Fənərbaxça”nın qapıçısı “İnter”in hədəfində

“İnter” heyətinə yeni qapıçı qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu iki qolkiperlə maraqlanır.

A seriyası təmsilçisinin transfer siyahısında Mönhenqladbax “Borussiya”sından Yan Zommer, “Fənərbaxça”dan Altay Bayındır yer alıb. Milanlılar bu iki qapıçıdan birini mövsümün sonunda heyətinə qatacaq.

Qeyd edək ki, “İnter” kamerunlu qolkiperi Andre Onananı da heyətində saxlayacaq.

0