“Ferensvaroş” Bakıya yollandı
02.08.2022 - 12:08
Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Ferensvaroş” Bakıya yola düşüb.
Apasport.az-ın Macarıstan klubunun rəsmi saytına istinadən məlumatına görə, Budapeşt təmsilçisi səhər yeməyinin ardından hava limanına yollanıb.
Komanda heyətini Azərbaycana gətirən təyyarə artıq Budapeşti tərk edib. Stanislav Çerçesovun yetirmələri “Qarabağ”la qarşılaşma öncəsi son məşqinə bu gün saat 20:00-da çıxacaq.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” görüşü saat 20:00-da başlayacaq.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
2
0