“Ferensvaroş”un futbolçusu: “Qarabağ”ın hücumçuları dəhşətli gücə malikdir”
08.08.2022 - 15:44
“Ferensvaroş”un futbolçusu: “Qarabağ”ın hücumçuları dəhşətli gücə malikdir”

“Çox güclü komanda ilə qarşılaşırıq. “Qarabağ”ın hücumçuları dəhşətli gücə malikdir. Bunu əvvəlcədən bilirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Ferensvaroş”un futbolçusu Balint Veçsey Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu ilə bağlı danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi mətbuat konfransında sabah baş tutacaq matçda azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını söyləyib: “İlk oyunda gördük ki, “Qarabağ”ın qarşısını almaq üçün bizə yaxşı güc və düzgün strategiya lazımdır. Bununla belə, azarkeşlərimzin də dəstəyi ilə öz meydanımızda daha yaxşı oynamaq istəyirik. “Qarabağ”ın hücumçu güclü olsa da, müdafiə baxımından biz onları qabaqlayırıq. Sürətli əks-hücumlardan rəqibi cəzalandıra bilərik. Təbii ki, “Qarabağ”ın bu dəfə necə oynamasına da baxacağıq”.

Macarıstan millisinin üzvünün sözlərinə görə, ilk dəqiqələrdən aqressiv oynamaq düzgün olmaz: “Sabah bütün gücümüzü ortaya qoyacağıq. Ancaq bu görüşə sakit başlamaq çox vacibdir. Matçın gedişinə uyğun qərarlar vermək olar. Bura bizim evimizdir. Bu səbəbdən özümüzü daha güclü hiss edirik”.

Qeyd edək ki, sabah Budapeştdə keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Paytaxtımızda baş tutan ilk qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

0