“Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir”.
Apasport.az xəbər verir ki, bunu Gənclər və İdman Naziri Fərid Qayıbov Bakıda açılışı keçirilən “D-8 Gənclər Dialoqu”nda deyib.
Nazir bildirib ki, keçirilən müxtəlif beynəlxalq forumlar və qurulan əməkdaşlıqlar bu siyasətin inkişafına xidmət edir: “Ölkəmizin gənclər sahəsindəki strategiyası BMT-nin yanaşması və qlobal prioritetləri ilə tam uzlaşır. Sumqayıt və Bakı şəhərlərində çoxsaylı gənclər mərkəzləri yaradılıb və fəaliyyət göstərir. Yaxın zamanda müxtəlif istiqamətləri əhatə edən tədbirlərin təşkili nəzərdə tutulur. Bu tədbirlər yalnız dövlət qurumları tərəfindən deyil, həm də müxtəlif idman təşkilatlarının iştirakı ilə həyata keçiriləcək.
Şuşada keçirilən gənclər forumu da ECO-nun dəstəyi ilə uğurla baş tutub. Ümumilikdə ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu tendensiya gələn il də davam edəcək. BMT-nin təşəbbüsü ilə növbəti il ölkəmizdə keçiriləcək forumun mövzusu şəhər inkişafı olacaq və burada gənclər ön planda dayanacaqlar”.
Fərid Qayıbov bildirib ki, gənclər bu proseslərdə mühüm və fəal rol oynayacaqlar: “Bu istiqamətdə əməkdaşlığa və göstərdiyi dəstəyə görə "D-8" təşkilatına təşəkkürümü bildirirəm”.
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verilib
- Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb
- Həmyerlimiz Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib
- Yüksək Liqada təyinatlar açıqlanıb