FİFA prezidenti “Qarabağ”ı təbrik etdi - FOTO
28.07.2022 - 00:34
FİFA prezidenti Canni İnfantino “Qarabağ”ı təbrik edib.
Apasport.az saytının məlumatına görə, isveçrəli funksioner Çempionlar Liqasının II təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” görüşünü stadiondan izləyib.
Əlavə vaxtın oynanıldığı matç 2:2 hesabı ilə nəticələnib. Bu, “Qarabağ”ı III təsnifat mərhələsinə daşıyıb.
İnfantino görüşdən sonra Ağdam təmsilçisinin İdarə Heyətinin üzvü Fevzihan Arası qələbə və mübariz oyun münasibəti ilə təbrik edib, uğurlar arzulayıb.

Qeyd edək ki, “Qarabağ” Bakıda “Sürix”ə 3:2 hesabı ilə qalib gəlib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
11
0